...

Hacıağa Nuri: "Azərbaycançı Qüvvələr Birliyi faciə ilə üzləşməyib"

Siyasət Materials 5 Dekabr 2005 12:38 (UTC +04:00)

"Azərbaycançı Qüvvələr Birliyi (AQB) faciə ilə üzləşməyib, Vəhdət Partityasız da keçinə bilərik". Bu barədə Trend ə adıçəkilən qurumun təsisçilərindən olan İslam Partiyasının sədri Hacıağa Nuri bildirib.

Qeyd edək ki, Vəhdət Partiyası AQB-dən çıxdıqdan sonra partiyalar arasında narazılıq yaranıb. Vəhdət Partiyasının sədri Tahir Kərimli AQB-nin fəaliyyətsizliyində islamçıları qınayıb. İslamçılar isə öz növbələrində T.Kərimlinin AQB-dən çıxmaqla böyük səhvə yol verdiyni qeyd ediblər.

H.Nuri onu da bildirib ki, AQB gələcəkdə öz fəaliyyətini genişləndirəcək: "Quruma daxil olmaqdan ötrü bizə müraciətlər olunur. Ola bilsin ki, qurum bundan sonrakı fəaliyyətini başqa formatda davam etdirsin. Ancaq bu o demək olmayacaq ki, AQB dağılır".

Xəbər lenti

Xəbər lenti