...

Kərrar Əbilov: "VAP Məşvərət Məclisini təsis edənlərdən biridir"

Siyasət Materials 7 Dekabr 2005 12:56 (UTC +04:00)

"Vahid Azərbaycan Partiyasının (VAP) Məşvərət Məclisinə üzv olmaq üçün müraciət etməsi barədə deyilənlər yalandır". Bu barədə Trend ə adıçəkilən partiyanın sədri Kərrar Əbilov bildirib.

Qeyd edək ki, VAP-ın iqtidaryönlü partiyaların Məşvərət Məclisinə üzv olmaq üçün müraciət etməsini qurumun sədri Məmməd Əlizadə bildirib.

VAP sədri isə bildirib ki, rəhbəri olduğu partiya 1997-cilin yanvarından adıçəkilən məclisi təsis edənlərdən biridir: "Sadəcə olaraq qurumun tədbirləri mütəmadi keçirilmədiyindən və bəzən də müəyyən obyektiv və subyektiv səbəblər üzündən toplantılara qatılmadığımı əsas gətirib bu fikri söyləyirlər".

K.Əbilov onu da qeyd edib ki, əgər Məşvərət Məclisinin toplantıları mütəmadi keçirilərsə orada fəaliyyət göstərəcəklər.

Xəbər lenti

Xəbər lenti