...

Nizami Bəhmənov: Dağlıq Qarabağ separatçılarının başçısı Qukasyanın heç ermənilərə də deməyə sözü qalmayıb

Siyasət Materials 15 Dekabr 2005 15:20 (UTC +04:00)
Nizami Bəhmənov: Dağlıq Qarabağ separatçılarının başçısı Qukasyanın heç ermənilərə də deməyə sözü qalmayıb

Dağlıq Qarabağ separtçılarının başçısı Arkadi Qukasyanın heç ermənilərə də deməyə sözü qalmayıb, ona görə də boş sözlərlə, əsassız bəyanatlarla çıxış edir. Bu fikirləri Trend ə açıqlamasında Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov bildirib.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşündən sonra separatçı rejimin başçısı Arkadi Qukasyan jurnalistlərə açıqlamasında bildirib ki, "Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacaq". Qarabağın Azərbaycan icmasının lideri Nizami Bəhmənov qeyd edib ki, separtçıların başçısının bu bəyanatı boş sözlərdir və heç bir məntiqə də sığmır: "Bütün beynəlxalq təşkilatlar da bəyan edirlər ki, 2006-cı il Qarabağ münaqişəsinin həllində dönüş ili ola bilər və problemin həllinə ümid edirlər. Hətta Ermənistan prezidenti, xarici işlər naziri də bu fikirdədirlər. Belə olan halda Qukasyanın bu cür bəyanatlar verməsi vəziyyəti daha da mürəkkəbləşdirir"-deyə Nizami Bəhmənov vurğulayıb.

N.Bəhmənov dekabrın 16-da ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüş keçirəcəyini və münaqişənin tənzimlənməsi istiqamətində aparılan danışıqlar, Azərbaycan tərəfinin bu məsələyə dair mövqeyi barədə müzakirələr aparacaqlarını deyib.

Xəbər lenti

Xəbər lenti