...

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına Heydər Əliyevin adı verilib

Siyasət Materials 21 Dekabr 2005 18:06 (UTC +04:00)
Azərbaycan  Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına Heydər Əliyevin adı verilib

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 21-də "Milli Təhlükəsizlik Nazirliyi Akademiyasına ümummilli lider Heydər Əliyevin adının verilməsi barədə" fərman imzalayıb. Bu barədə Trend məlumat yayıb.

Fərmanda Həmçinin, qeyd edilir ki, MTN-nin Akademiyasının yaradılması, Azərbaycanın xüsusi xidmət və sərhəd xidməti orqanlarının formalaşması və inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Akademiyada ixtisaslaşdırılmış kadrlar hazırlanır və kadrların peşəkar hazırlığı artırılır.

Fərman Azərbaycanın xüsusi xidmət orqanlarının inkişafında əvəzsiz xidmətləri olan Heydər Əliyevin adının əbədiləşdirilməsi barədə MTN-nin müraciətinin təmin olunması məqsədilə verilib.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti