...

Təkrar parlament seçkisində namizədliyini irəli sürənlərin sayı 12-yə çatıb

Siyasət Materials 12 Yanvar 2006 15:50 (UTC +04:00)

Bu il mayın 13-də keçiriləcək təkrar parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürənlərin sayı 12 nəfərə çatıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Yanvarın 12-nə olan məlumata görə, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən də namizəd irəli sürülüb. Hələlik sayı 12 nəfər olan seçkiyə qatılmış şəxslər namizədliklərini 31 saylı Suraxanı ikinci, 44 saylı Sumqayıt-Abşeron və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairələrindən irəli sürüblər. Onların yalnız biri Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür, qalanları isə siyasi mənsubiyyətinə görə bitərəfdirlər.

Xəbər lenti

Xəbər lenti