...

Ədliyyə və Səhiyyə Nazirlikləri həbsxanalarda vərəmin və QİÇS yayılmasının qarşısının alınması üçün tədbirlər paketi hazırlayıb

Siyasət Materials 24 Yanvar 2006 14:43 (UTC +04:00)

Ədliyyə və Səhiyyə nazirlikləri həbsxanalarda vərəmin və QİÇS yayılmasının qarşısının alınması üçün tədbirlər paketi hazırlayıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən Trend ə verilən məlumata görə, bununla bağlı geniş seminar keçirilib.

"Həbsxanalarda vərəmin və qanda immun çatışmazlığı sindromunun (QİÇS) yayılmasının qarşısının alınması, nəzarətdə saxlanılması və bu sahədə dövlət səhiyyə orqanları ilə əməkdaşlıq imkanları" mövzusunda keçirilən seminarda Ədliyyə Nazirliyinin, Səhiyyə Nazirliyinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) səlahiyyətli nümayəndələri, həmçinin beynəlxalq ekspertlər, penitensiar sahədə çalışan qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Ədliyyə nazirinin müavini Vilayət Zahidov, VQXK-nın Bakıdakı nümayəındəliyinin başçısı Meri Vernts, Səhiyyə Nazirliyinin Müalicə-profilaktika İdarəsinin rəisi Şahnaz Baxşəliyeva çıxış edərək, xüsusən son zamanlar beynəlxalq ictimaiyyəti daha çox narahat edən vərəm və QİÇS-ə qarşı beynəlxalq səviyyədə aparılan mübarizədən danışıblar.

Üç gün davam edən tədbirdə beynəlxalq mütəxəssislər penitensiar sistemdə səhiyyə xidmətinin təşkili və fəaliyyəti, cəzaçəkmə yerlərində vərəm xəstəliyinin və QİÇS-in qarşısının alınması, zərərin azaldılması təcrübəsi barədə məruzələrlə çıxış ediblər.

Seminarın sonunda işçi qruplar tərəfindən irəli sürülən tədbirlər paketinə əsasən konkret təkliflər verilib.

Xəbər lenti

Xəbər lenti