...

Müsavatçı deputatlar parlamentdə "Müsavat qrupu" yaradacaqlar

Siyasət Materials 6 Fevral 2006 15:52 (UTC +04:00)

Milli Məclisin iclaslarına qatılmağa qərar verən Müsavat Partiyasının deputatları artıq parlamentdə "Müsavat qrupu" yaratmaq qərarına da gəliblər. Trend in məlumatına görə, bu barədə jurnalistlərə müsavatçı deputat Nəsib Nəsibli açıqlama verib. O, bildirib ki, həmin qrupda Müsavat Partiyasından olan dörd nəfər deputat təmsil olunacaq. Həmçinin, "Azadlıq" blokundan deputat seçilmiş Pənah Hüseyn parlamentin işində iştirak etməyə qərar versə, o da Müsavat Qrupuna qoşulmağa dəvət olunacaq. Nəsib Nəsiblinin sözlərinə görə, hazırda parlamentdə yaradılmış müxalifətçilərin deputat qrupu ilə də əməkdaşlıq edəcəklər. İlkin mərhələdə onlarla birləşməyin gündəmdə olmadığını deyən N.Nəsibli bildirib ki, gələcəkdə bu məsələ barədə müzakirələr aparıla bilər.

Bu məsələyə münasibət bildirən Pənah Hüseyn isə deyib ki, parlamentdə Müsavat qrupu ilə əməkdaşlıq edəcək və bu qrupda təmsil olunmağa razılıq verəcək.

Xəbər lenti

Xəbər lenti