...

Jak Şirak: Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda sülhə nail olunması üçün səyləri dəstəkləyir

Siyasət Materials 10 Fevral 2006 19:19 (UTC +04:00)

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda sülhə nail olunması və tərəflər arasında sazişin işlənib hazırlanması üçün göstərilən səyləri dəstəkləyir.Yelisey sarayının rəsmi nümayəndəsi bildirib ki, bu gün Fransa prezidenti Jak Şirak bu barədə bəyan edib. Trend in məlumatına görə, o, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Robert Köçəryanla ayrılıqda görüş keçirib.

"Dağlıq Qarabağ probleminin nizama salınması əsasının qoyulması üçün real şanslar vardır" -deyə Fransa prezidenti qeyd edib. Yelisey sarayının nümayəndəsinin sözlərinə görə, o, Azərbaycan və Ermənistan liderlərini "qarşıdakı danışıqların yeni sülh perspektivlərinə yol açacağı ümidi ilə" qəbul etdiyini vurğulayıb.

Yelisey sarayının nümayəndəsinin sözlərinə görə, Jak Şirak, "sülhə nail olunması təkcə Ermənistan və Azərbaycan üçün yox, həm də bütün region üçün, dünyadakı sabitlik üçün vacibdir" fikrini xüsusilə qeyd edib. Fransa dövlətinin başçısı hər iki prezidentə "qarşıdakı danışıqlarda uğurlar" arzulayıb.

Yelisey sarayında Fransa prezidenti ilə görüşdən sonra Azərbaycan və Ermənistan liderləri bu gün axşam Parisin cənubunda yerləşən Rambuye qəsrində görüşəcək İTAR-TASS-ın məlumatına görə, Yelisey sarayının nümayəndəsi bildirib ki, iki ölkə prezidentlərinin danışıqları bağlı qapı arxasında üzbəüz aparılacaq.

Xəbər lenti

Xəbər lenti