...

"Bizim Azərbaycan" bloku yeni müxalifətin formalaşması məsələsini müzakirə edib

Siyasət Materials 14 Fevral 2006 12:02 (UTC +04:00)

"Bizim Azərbaycan" blokuna fevral ayında Demokratik Şəxsiyyətlər partiyasının sədri Zakir Abbas rəhbərlik edəcək. Trend xəbər verir ki, bu barədə qərar blokun keçirdiyi toplantıda qəbul edilib.

Qeyd edək ki, adıçəkilən blokda sədrlik rotasiya pinsipi ilə həyata keçirilir.

Blok toplantısında ictimai-siyasi vəziyyəti müzakirə edib. Qərara alınıb ki, "Sivilizasiyaların dinc və qarşılıqlı surətdə yaşama prinsipləri" mövzusunda dəyirmi masa keçirilsin. Daha sonra blokun məclis üzvləri təsdiqlənib. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı cəmiyyətin fəallığını özündə əks etdirən bəyanat qəbul olunub. "Bizim Azərbaycan" blokunun geniş formatda təşkil olunması ilə bağlı plan təsdiqlənib. Toplantıda yeni müxalifətin formalaşması məsələsi də müzakirə olunub. Qərara alınıb ki, bu istiqamətdə müxalifət partiyaları ilə danışıqlar aparılsın.

Xəbər lenti

Xəbər lenti