...

"Amal" Ziyalılar Hərəkatının sədri siyasətdən getdi

Siyasət Materials 16 Fevral 2006 11:06 (UTC +04:00)

"Amal" Ziyalılar Hərəkatının sədri, professor Xalid Əlimirzəyev siyasətdən getməsi ilə bağlı qərar verib. Bu barədə Trend ə hərəkat sədrin özü bildirib.

X.Əlimirzəyev demokratik dövlət quruculuğu və xalqın ümummilli mənafeyi uğrunda mübarizə apardığını idda edən, özünü real müxalifət adlandıran qüvvələrin son illərdə əxlaqi dəyərlərimizə uyğun gəlməyən, demokratik qüvvələrin birliyinə və vahid amal uğrunda mübarizəyə böyük xələl gətirən qeyri-səmimi və qrup prinsiplərinə əsaslanan ambisiyalı hərəkətləri ilə razılaşmadığından bu addımı atıb.

Professor üzvü olduğu Müsavat Partiyasından da çıxdığını bildirib. Ancaq bununla bağlı ərizə yazmadığını qeyd edib. Rəhbərlik etdiyi "Amal" Ziyalılar Hərkatının sonrakı fəaliyyətinə gəlincə professor bildirib: "Ali Şuranın yığıncağını çağırmaq fikrimiz var. Bu məsələ müzakirə ediləcək". X.Əlimirzəyev onu da qeyd edib ki, yarımçıq qalmış elmi işlərini davam etdirəcək. Bir neçə kitabın müəllifi olduğunu söyləyən professor yeni kitablar üzərində çalışacağını söyləyib.

Xəbər lenti

Xəbər lenti