...

Lori Bristou: "Böyük Britaniya Azərbaycanın digər sahələrinə də sərmayə qoyuluşu məsələləri üzərində işləyir"

Siyasət Materials 17 Fevral 2006 16:45 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov fevralın 17-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Lori Bristounu qəbul edib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Spiker Azərbaycanla Böyük Britaniya arasındakı dostluq əlaqələrinin tarixindən danışıb, ölkəmizin bu əlaqələrin inkişafında maraqlı olduğunu səfirin diqqətinə çatdırıb. Bildirib ki, Böyük Britaniya neft şirkətlərinin, nüfuzlu iş adamlarının Azərbaycan iqtisadiyyatına sərmayə qoyması, irimiqyaslı layihələrdə iştirakı rəsmi Bakı tərəfindən yüksək qiymətləndirilir.

Spiker mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərə hazırlıqdan danışıb, hakimiyyətin bu seçkilərin də tam azad və demokratik keçirilməsində maraqlı olduğunu bildirib, parlamentlərarası əlaqələrin inkişaf pespektivlərindən söz açıb.

Səfir Lori Bristou öz növbəsində qeyd edib ki, Böyük Britaniya Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Böyük Britaniya iş adamlarının Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə külli-miqdarda sərmayə qoyması və digər sahələrə marağı artırması buna parlaq misaldır. Səfir prezident İlham Əliyevin 2004-cü ildə Böyük Britaniyaya səfərinə toxunaraq qeyd edib ki, səfərdə ikitərəfli əlaqələrin inkişafına dair əldə olunan razılaşmalar əlaqələrin inkişafında hüquqi baza yaradıb. Səfir onu da bildirib ki, Böyük Britaniya şirkətləri Azərbaycanın digər sahələrinə də sərmayə qoyuluşu məsələləri üzərində işləyir.

Xəbər lenti

Xəbər lenti