...

Azərbaycanın xarici işlər naziri Dohada ikitərəfli görüşlər keçirir

Siyasət Materials 20 Fevral 2006 15:41 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "ABŞ - islam dünyası" adlı beynəlxalq forum çərçivəsində Dohada (Qatar) ikitərəfli görüşlər keçirir. Bu barədə Trend ə Azərbaycan XİN-in informasiya siyasəti İdarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Onun sözlərinə görə, forum çərçivəsində nazir artıq Qatar və Bəhreynin XİN başçıları ilə görüşlər keçirib. Görüşlər zamanı ikitərəfli münasibətlərin perspektivləri, Azərbaycanın ərəb ölkələri ilə münasibəti, ABŞ və ərəb ölkələri arasında münasibətlərin inkişafı yolları, regionda vəziyyət, ölkədə aparılan islahatlar, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesi və digər məsələlər müzakirə mövzusu olub.

Xatırladaq ki, forumun işi hələ davam edir. Forumda E.Məmmədyarovun müvafiq məruzə ilə çıxışı gözlənilir.

Xəbər lenti

Xəbər lenti