Azərenerji səhmdar cəmiyyəti Azərbaycan hökuməti ilə danışıqlar aparır və SC-in artıq martın 1-dən Bayva-Enerji şirkətinin idarə olunmasına başlaması mümkündür. Trend in verdiyi xəbərə görə, bu barədə fevralın 22-də Azərenerji SC-nin rəhbəri Etibar Pirverdiyev jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, Bayva-Enerji -nin qoyduğu investisiyaların qaytarılması məsələsinin həlli Azərenerji-nin səlahiyyətlərinə aid deyil. Belə ki, "Gəncəelektrikşəbəkə" və "Əlibayramlıelektrikşəbəkə" SC-nin elektrik şəbəkələrinin idarə olunması üzrə müqavilə İqtisadi İnkişaf Nazirliyi ilə Bayva-Enerji arasında imzalanıb.
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 5 -də Bayva-Enerji-nin "Gəncəelektrikşəbəkə" və "Əlibayramlıelektrikşəbəkə"nin idarə olması hüququnu ləğv edib. Müqavilənin ləğv olunduğu andan səhmdar cəmiyyət Azərenerji SC-nin tərkibinə daxil edilib.