Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) ölkənin daxili ərazi sularında təlimlər keçirmək niyyətindədir. Trend in məlumatına görə, bu barədə fevralın 25-də DSX-nin rəisi Elçin Quliyev jurnalistlərə bəyan edib.
"Təlimlər neft infrastrukturlarının, sərhəd, sahil mühafizəsinin və s. müdafiəsinin təşkili ilə bağlı olacaq.",- deyə E.Quliyev bildirib.
Təlimlərin dəqiq tarixi hələ müəyyən edilməyib. Lakin DSX-nin rəhbərinin sözlərinə görə, onlar çox güman ki, yaya kimi keçiriləcək".
E.Quliyev NATO və GUAM təşkilatı ilə birgə təlimlərin keçirilməsi planları barədə şaiyələri təkzib edib.