...

Həbs olunan QAT fəalları sərbəst buraxılıb

Siyasət Materials 17 Mart 2006 12:31 (UTC +04:00)

Martın 16-da keçirilmiş etiraz aksiyası zamanı həbs olunmuş Qarabağ Azadlıq Təşkilatının (QAT) fəalları azadlığa buraxılıb. Bu barədə Trend ə QAT-dan məlumat verilib.

Qeyd edək ki, ATƏT-in İqtisadi Forumuna hazırlıq məqsədilə Bakıda keçirilən konfransa Ermənistandan nümayəndələrinin də qatılması QAT-ın etirazına səbəb olub və bununla əlaqədar aksiya keçirməyə cəhd göstərilib. Lakin polislər QAT sədrinin birinci müavini Firidun Məmmədovu, təşkilatın fəallarından Əfqan Süleymanov, Xəyyam Nağıyev və Yaşar Əliyevi həbs edərək 39-cu polis bölməsinə aparıblar. QAT-dan bildirilib ki, polis bölməsində aksiyaçılardan izahat alınıb. Sonra onlar xəbərdarlıq edilərək axşam saatlarında sərbəst buraxılıblar. QAT üzvlərinə heç bir təzyiq göstərilmədiyi bildirilib.

Xəbər lenti

Xəbər lenti