...

Azərbaycan neftinin qiyməti: həftənin yekunları

Siyasət Materials 22 Mart 2006 16:24 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: həftənin yekunları

Ötən həftə, martın 13-17 -də Azərbaycanın Batumi və Supsa limanları vasitəsilə satdığı AZERI LT (CIF) növündən olan neftin orta qiyməti bir barel üçün $63,71 təşkil edib ki, bu da əvvəlki həftədə olduğundan orta qiymətlə $1,70 çoxdur.

Trend in verdiyi xəbərə görə, martın 13-17-də bir barel AZERI LT neftinin maksimal qiyməti bir barel üçün $64,60, minimal qiyməti isə $62,46 təşkil edib.

Martın 13-17-də Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOIO) neftinin orta qiyməti bir barel üçün $56,78 təşkil edib ki, bu da ötən həftədəki orta qiymətdən $1,36 azdır.

Trend in məlumatına görə, martın 13-17-də bir barel URAL neftinin maksimal qiyməti bir barel üçün $57,75, minimal qiyməti isə bir barel üçün $55,45 təşkil edib.

13-17 mart həftəsində Brent (DTD) neftinin etalon sortunun orta qiyməti $62,35 təşkil edib ki, bu da bundan əvvəlki həftədəki orta qiymətdən $2,63 azdır. Ötən həftə Brent neftinin maksimal qiyməti $63,39, minimal qiyməti $60,88 təşkil edib.

API üzrə URAL neftinin sıxlığı 32 dərəcədir, kükürdün həcmi 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikası onun tərkibindəki neftin çox (və ya az) keyfiyyətli olmasından asılı olaraq müxtəlif vaxtlarda dəyişir. DTD -nin sıxlığı API üzrə 38,3, kükürdün həcmi 0,36%-dir.

May ayından dlekabra kimi (dekabr da daxil olmaqla ) ARDNŞ Novorossiysk limanından 1,76 mln. ton Urals nefti yola salmaq niyyətindədir. 2006-cı ildə ARDNŞ limandan 2005-ci ildəki 1,631 mln. tona qarşı Urals nefti yola salmağı planlaşdırıb. BTC limanı işə salınana kimi ARDNŞ Novorossiyskdən ayda 80-85 min ton neft yola salmaq niyyətindədir. BTC boru kəmərinin istismara başlamasından sonra "şimal" marşrutu tamamilə ARDNŞ-in sərəncamında olacaq. BTC-nın mayın sonları- iyunun əvvəllərində istismara veriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti