...

Azərbaycanın XİN başçısı Koreyanın müvəqqəti işlər müvəkkili ilə görüşüb

Siyasət Materials 1 Aprel 2006 10:41 (UTC +04:00)

Martın 31-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədərov Koreyanın Azərbaycandakı müvəqqəti işlər müvəkkili Lyu Kvanq Çulu qəbul edib. Trend in xəbər verdiyi kimi, E.Məmmədyarov koreyalı qonağı yeni təyinatı münasibətilə təbrik edərək yaxın zamanlarda Azərbaycan Respublikasının da Koreya Respublikasında səfirliyinin açılacağını diqqətə çatdırıb. Nazir iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün birgə biznes-forumların keçirilməsinə, hökumətlərarası iqtisadi komissiyanın yaradılmasına ehtiyac duyulduğunu söyləyib.

Görüş zamanı tərəflər Koreya Respublikasının Prezidenti Ro Mu Hyunun Azərbaycana qarşıdakı rəsmi səfəri ilə bağlı təşkilati məsələlər və imzalanacaq ikitərəfli sənədlərə dair geniş fikir mübadiləsi aparıblar. Nazir bu səfərin uğurlu keçəcəyinə və iki ölkə arasında münasibətlərin inkişafın xidmət edəcəyinə əminliyi vurğulayıb.

Lyu Kvanq Çul Koreya iş adamlarının Azərbaycana böyük maraq göstərdiyini qeyd edib. Bununla əlaqədar koreyalı diplomat ölkəsinin iş adamlarının Azərbaycanla neft, telekommunikasiya, nəqliyyat, qızıl yataqlarının istismarı və digər sahələrdə əməkdaşlıqda xüsusilə maraqlı olduğuqlarını bildirib.

O, həmçinin, SEBA Azərbaycan-Koreya Mədəniyyət Assosiasiyasının bu il Koreyada Azərbaycan mədəniyyət günləri keçirməsini yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti