...

Polşa parlamenti spikerinin Bakıya səfəri təxirə salınıb

Siyasət Materials 5 Aprel 2006 13:01 (UTC +04:00)

Polşa Senatının spikeri Boqdan Boruseviçin Bakıya səfəri təxirə salınıb. Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Əvvəlcə səfər aprelin 6-7-nə planlaşdırılmışdı, ancaq texniki səbəblərlə əlaqədar səfər daha gec müddətə təxirə salınıb. Səfərin tarixi müəyyən edilməyib.

Qeyd edək ki, səfər Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovun dəvəti ilə baş tutmalı idi. Görüş zamanı parlamentlərarası və bütövlükdə, dövlətlərarası əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti