Aprelin 12-də Apellyasiya Məhkəməsində Müsavat Partiyasının millət vəkili Aynur Camalqızının partiya sıralarına bərpası məsələsi ilə bağlı apellyasiya şikayətinə baxılacaq. Bu barədə Trend ə adıçəkilən partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri İbrahim İbrahimli məlumat verib.
Qeyd edək ki, iki ay bundan öncə MNTK millət vəkili Aynur Camalqızının partiya sıralarına bərpası ilə bağlı Binəqədi rayon məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib.
İkinci məhkəmə prosesi martın 22-də olub. Onu da bildirək ki, Müsavat Partiyasını vəkil Mübariz Qarayev təmsil edib.