Gəncə şəhər Statistika İdarəsindən verilən məlumata görə, bu il aprel ayının 1-ə şəhərdə əhalinin sayı 305,7 min nəfər təşkil edir. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çoxdur. 2005-ci ilin yanvar ayında şəhərdə 303, 6 min əhali olub. Hazırda Gəncədə əhalinin 47,9 %-ni kişilər, 52, 1%-ni isə qadınlar təşkil edir.
Statistika İdarəsinin rəisi İsmayıl Cəfərovun sözlərinə görə, proqnozlar göstərir ki, ilin sonuna kimi say artımı davam edəcək.