...

Şimali Kipr Türk Cümhuriyyəti Sənaye Palatasının nümayəndə heyəti Bakıya gəlib

Siyasət Materials 17 Aprel 2006 11:37 (UTC +04:00)

Aprelin 16-da Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndə heyəti Azərbaycana gəlib. ŞKTC-nin Azərba ycan nümayəndəliyinin rəhbəri Mustafa Evranın Trend ə verdiyi məlumata görə, bu ölkənin nümayəndə heyəti Azərbaycan və Türkiyə İş Adamları Birliyi tərəfindən ilin ən yaxşı QHT adlandırılıb. Mükafatlandırma mərasimi aprelin ortalarına planlaşdırılır.

M.Evranın sözlərinə görə, səfər çərçivəsində Azərbaycan və Şimali Kiprin işgüzar dairələrinin nümayəndələri arasında ikitərəfli əlaqələrin qurulması istisna edilmir.

Hər iki ölkə arasında iqtisadi əməkdaşlığın indiki səviyyəsi ilə bağlı sualı cavablandıran M.Evran 2005-ci ilin yayında azərbaycanlı iş adamlarının Şimali Kiprə səfərlərini xatırladıb. Onun sözlərinə görə, bunlardan biri də həmin ilin iyunun sonunda Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanın Azərbaycana səfərindən sonra həyata keçirilib. İyulun 22-dən 27-dək 45, iyulun 22-dən 27-dək isə 90 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti Şimali Kiprə səfər edib.

Ötən ilin avqustunda ŞKTC-nin keçmiş prezidenti Rauf Denktaşın Azərbaycana səfəri çərçivəsində Şimali Kiprin işgüzar dairələrinin nümayəndələri də ölkəmizə gəlib və azərbaycanlı həmkarları ilə danışıqlar aparıb. Nəticədə bir sıra Azərbaycan şirkətləri Şimali Kiprin iqtisadiyyatına sərmayə yatırmağa maraq göstərib. Azərbaycan şirkətlərindən biri isə ŞKTC-də otelin tikintisinə 5 mln dollar sərmayə qoymaq və öz filialını açmaq niyyətini bildirib.

M.Evran Azərbaycan ŞKTC iş adamları arasında birgə iqtisadi layihələrin gerçəkləşdirilməsi imkanları ilə bağlı hesab edir ki, "bu, bir gün davam edən proses deyil. Əgər hər iki tərəfin iş adamları bu və ya digər iqtisadi layihənin gerçəkləşdirilməsində müəyyən səmərə görərsə, bunun üçün lazımi səy göstəriləcək", - deyə nümayəndəliyin rəhbəri qeyd edib. Onun sözlərinə görə, ticari və iqtisadi əlaqələrin intensivləşdirilməsini nəqliyyat problemi, xüsusilə Azərbaycan və ŞKTC arasında birbaşa aviareyslərin olmaması çətinləşdirir.

M.Evran hər iki ölkə arasında təhsil və mədəniyyət sahələrində də əməkdaşlıq məsələsinə toxunub. Diplomat ŞKTC universitetləri və Azərbaycanın bir sıra təhsil müəssisələri (Bakı Dövlət Universiteti, "Xəzər" universiteti, Ali Diplomatik Kollec və s.) arasında əməkdaşlıq haqqında imzalanmış protokolları xatırladaraq ölkələrimiz arasında bu sahələrdə olduqca sıx əməkdaşlığın qurulduğunu bildirib", - deyə M.Evranın məlumatına görə, hazırda ŞKTC-nin ali təhsil müəssisələrində təxminən 30-40 azərbaycanlı tələbə, Azərbaycanda isə ŞKTC-dən 10-12 nəfər tələbə təhsil alır. O, həmçinin, qeyd edib ki, ŞKTC-dən olan tələbələr Azərbaycanda öz hesabına oxuyur.

"Biz ŞKTC-də azərbaycanlı tələbələrə nümayəndəliyimizə müraciətlər əsasında pulsuz təhsil almaq imkanı veririk. Ancaq biz bunu Azərbaycanın Təhsil Nazirliyi vasitəsilə həyata keçirmək istərdik", - deyə diplomat bildirib.

Mədəniyyət sahəsində əlaqələrə gəlincə, M.Evran deyib ki, aprelin 23-də ŞKTC-də Beynəlxalq Uşaq Festivalı keçiriləcək. Bu festival hər il keçirilir və burada Azərbaycandan rəqs qrupu da iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti