...

AŞPA daimi komissiyasının Moskvada keçiriləcək iclasında Azərbaycandakı seçkilərlə bağlı vəziyyət müzakirə olunacaq

Siyasət Materials 22 Aprel 2006 15:11 (UTC +04:00)

2006-cı il mayın 29-da Moskvada AŞPA daimi komissiyasının növbəti iclası keçiriləcək. Trend agentliyinin məlumatına əsasən, burada Azərbaycandakı seçkilərlə bağlı vəziyyət haqqında holland parlamentarisi Leo Platvoed hesabat təqdim edəcək.

İclası AŞPA-nın prezidenti Rene Van der Linden açacaq.

Azərbaycanla bağlı məsələ gündəliyin 10-cu bəndinə daxil edilib, L.Platvoedin çıxışından sonra həmin məsələ ilə bağlı müzakirələrin aparılması da planlaşdırılır.

Azərbaycandakı təkrar seçkilər məsələsinin gündəliyə çıxarılması haqqında qərar AŞPA bürosu tərəfindən qəbul olunub.

İclas Bakı vaxtı ilə saat 12.00-dan 18.00-dək davam edəcək.

Xatırladaq ki, AŞPA-nın 5 nümayəndəsindən ibarət nümayəndə heyəti Leo Platvoedin rəhbərliyi ilə aprelin 27-28-də ölkədə seçkiqabağı vəziyyətin öyrənilməsi ilə bağlı Azərbaycana gələcək.

Xəbər lenti

Xəbər lenti