Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla Dağlıq Qarabağ ətrafında yaranmış münaqişəni ölkəmizin başlıca problemi hesab edir.ABŞ-a ilk rəsmi səfəri zamanı Beynəlxalq Əlaqələr üzrə Şurada çıxış edən dövlət başçısı ümidvar olduğunu bildirib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar beynəlxalq hüquq prinsiplərinə əsaslanan ədalətli və möhkəm sülh üçün imkanlar yaradacaq. "Biz ümid elirik ki, ABŞ ən güclü dövlət və ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi bu münaqişənin nizama salınmasına yardım edəcək", - deyə o əlavə edib.
Trend in xəbər verdiyi kimi, dövlət başçısı vurğulayıb ki, bu münaqişə sülh yolu ilə nizamlanmalıdır. Beynəlxalq hüquq normaları isə danışıqlar üçün əsas olmalıdır. İlham Əliyevin sözlərinə görə, "Azərbaycanın ərazi bütövlüyünü Ermənistandan başqa, BMT və dünyanın bütün ölkələri tanıyır".
Çıxışda iştirak etmiş Minsk Qrupunun amerikalı Stiven Mənn İTAR-TASS müxbirinə bildirib ki, qarşıdakı həftədə həmkarları ilə növbəti müşavirə keçirmək üçün Mokvaya yola düşməyə hazırlaşır. Kompromiss üçün səmərəli əsasın yarandığını hesab edən həmsədr kifayət qədər nikbindir. Onun üçün əsas prinsip cəhdlərdən əl çəkmək və bütün problemləri həmişəlik həll etməkdən ibarətdir. S.Mənn hazırda ziddiyyətli yanaşmanın olduğunu qeyd edib: irəliyə doğru addımlamaq və bəzi mürəkkəb məsələləri gələcəkdə həll etmək. Bu barədə İTAR-TASS xəbər verir.