...

Milli Məclisin iqtisadi siyasət daimi komissiyası üç qanın layihəsinin müzakirəsini başa çatdırıb

Siyasət Materials 10 May 2006 12:19 (UTC +04:00)

Milli Məclisin iqtisadi siyasət daimi komissiyası üç qanun layihəsinin müzakirəsini başa çatdırıb. Bu barədə Trend ə adıçəkilən komissiyadan bildiriblər.

Qeyd olunub ki, "Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında" Konvensiyaya qoşulmaq barədə", "Xilasetmə haqqında" Beynəlxalq Konvensiyaya qoşulmaq barədə", "Dənizçilərin şəxsiyyət sənədləri haqqında" 185 saylı Konvensiyaya qoşulmaq barədə" qanun layihələri parlamentin növbəti iclaslarının birində müzakirəyə çıxarılacaq.

O da bildirilib ki, bu sahədə yaranan müxtəlif çətinliklərin aradan qaldırılmasında sözügedən sənədlər mühüm rol oynayacaq, xilasetmə əməliyyatları və xaricə üzən gəmilərin hərəkəti zamanı prosedur tələblərinin asanlaşdırılmasını tənzimləyəcək.

Xəbər lenti

Xəbər lenti