...

"Azəriqaz" QSC Naxçıvan MR-in qazla təchizatının II mərhələsinə başlayıb

Siyasət Materials 16 May 2006 13:52 (UTC +04:00)
"Azəriqaz" QSC Naxçıvan MR-in qazla təchizatının II mərhələsinə başlayıb

"Azəriqaz" QSC Naxçıvan Muxtar Respublikasının qazla təchiz olunmasının II mərhələsinə başlayıb. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 16-da keçirilmiş mətbuat konfransında QSC-nin sədri Əlixan Məlikov məlumat verib. Layihənin bu mərhələsinə 29,2 mlrd. AZN lazımdır. Hazırda 8,7 mln. AZN ayrılıb.

Layihənin II mərhələsi çərçivəsində yerdə qalan abunəçilərin qazla təmin olunması nəzərdə tutulur. Bu il tədarükün həcminin 250 mln m3-ə çatdırılması gözlənilir. 2007-ci ildə isə bu göstəricinin 350 mln. m3 təşkil edəcəyi planlaşdırılır. Qaz Astarada İran tərəfinə veriləcək, İran ilə öz növbəsində NMR-ə həmin həcmdə qaz tədarük edəcək.

I mərhələ çərçivəsində 25 min abunəçinin qazla təmin olunması planlaşdırılır. NMR-də cəmi 65'959 abunəçi var. Birinci mərhələnin dəyəri 360 mlrd. manat həcmində qiymətləndirilib. Layihənin gerçəkləşdirilməsi üçün vəsaitin bir hissəsi (40%) ölkənin dövlət büdcəsindən ayrılıb. Yerdə qalan hissə isə (60%) "Azəriqaz"ın öz vəsaitidir.

Xəbər lenti

Xəbər lenti