...

AMİP təkrar parlament seçkilərinin nəticələri ilə bağlı bəyanat verib

Siyasət Materials 16 May 2006 16:49 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 13 mayda keçirilmiş təkrar parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edib. Trend in məlumatına görə, bu barədə mayın 16-da AMİP-in qərargahında keçirilən mətbuat konfransında açıqlama verilib.

Partiyanın təkrar seçkidə iştirak edən 5 namizədindən üçü - AMİP sədrinin səlahiyyətlərini icra edən Ayaz Rüstəmov, partiyanın baş katibi Fuad Muxtarov və Siyasi Şuranın üzvü Bəkir Əbdülrəhmanov seçkidəki pozuntular barədə məlumat veriblər.

Tədbirin sonunda AMİP-in təkrar parlament seçkiləri ilə bağlı bəyanatı oxunub. Bəyanatda partiyanın seçkilərin nəticələrini tanımadığı və nəticələrin ləğv olunmasını tələb etdiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti