...

Samir Şərifov: Qara dəniz Ticarət və İnkişaf Bankının kapitalında iştirakın artırılması bankın idarəedicilər Şurasının qərarından asılıdır

Siyasət Materials 18 May 2006 18:15 (UTC +04:00)
Samir Şərifov: Qara dəniz Ticarət və İnkişaf Bankının kapitalında iştirakın artırılması bankın idarəedicilər Şurasının qərarından asılıdır

Azərbaycan hökuməti Qara dəniz Ticarət və İnkişaf Bankının kapitalında iştirakın artırılması ilə bağlı öz mövqeyinin formalaşdırıb. Bu barədə Trend ə maliyyə naziri Samir Şərifov məlumat verib. Onun sözlərinə görə, bankın Nizamnamə kapitalında əlavə kapitallaşma iyunun 11-də QTİB-nın idarəedicilərinin Şurasının illik iclasında müzakirə olunacaq.

Bu gün bankın Nizamnqamə Kapitalının 3%-i 3 ölkənin (Ermənistan, Gürcüstan və Moldova) könüllü olaraq öz iştirak paylarını 50% azaltmaları ilə əlaqədar paylanmamış qalıb. Müvafiq olaraq, onlar üçün QİTB-ə üzv olan digər ölkələr pul ödəməlidirlər.

"Bank Bakı görüşündə müzakirə edəcəyi bir sıra yanaşmalara malikdir. Azərbaycan QTİB-nın Şurasının qərarından çıxış edərək müəyyən qərar qəbul edəcək", - deyə S.Şərifov bildirib.

QTİB-nın elan edilmiş Nizamnamə kapitalı 1 mlrd. SDR ($1,325 mlrd.) təşkil edir ki, bunun 30% (300 mln. SDR) tam ödənilir. Azərbaycanın payı 2% (6 mln.SDR) təşkil edir ki, bu QTİB-nın kapitalına tam daxil edilir.

"Bankın kapitalında Azərbaycanın payının tam ödənməsi iştirakın genişlənməsi və bank tərəfindən ölkədə maliyyələşdirilən layihələrin həcminin artırılması şanslarını artırır", - deyə bankın baş katibi Xaralampos Sarukas mayın 18-də keçirilən mətbuat konfransında bildirib.

Xəbər lenti

Xəbər lenti