...

Azərbaycanın baş naziri Düşənbəyə gedib

Siyasət Materials 24 May 2006 16:26 (UTC +04:00)

Mayın 24-də Azərbaycanın baş naziri Artur Rasizadə Düşənbəyə yola düşüb. O, burada mayın 25-də keçiriləcək MDB hökumət başçılarının iclasında iştirak edəcək. Bu barədə Trend ə Azərbaycanın Nazirlər Kabinetindən məlumat verilib.

MDB hökumət başçıları Şurasının növbəti iclasının gündəliyinə 22 məsələ daxildir.

Qarşıdakı iclasın gündəliyi aprelin 21-də MDB xarici işlər nazirləri Şurasının iclasında təsdiqlənib.

Prioritet məsələlər MDB dövlətləri başçılarının Kazan sammitində qəbul edilən qərarların reallaşdırılması olacaq. Belə ki, MDB dövlətlərinin humanitar əməkdaşlığının Dövlətlərarası Fondunun və Nizamnaməsinin yaradılması barədə Müqavilənin nəzərdən keçiriləcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti