...

Azərbaycan və Gürcüstanın gənclər və idman nazirləri sərhəddə görüşüb

Siyasət Materials 27 May 2006 12:43 (UTC +04:00)

Mayın 27-də Azərbaycan və Gürcüstanın gənclər və idman nazirləri Azad Rəhimov və Georgi Qabaşvili sərhəddə, Qazax rayonu Qırmızı körpü buraxılış məntəqəsi ərazisində görüşüb. Bu barədə, Trend ə nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Abbasov bildirib.

Görüş ikitərəfli əməkdaşlıq çərçivəsində təşkil olunub. Nazirlər və onları müşayiət edən nümayəndə heyətləri Qazaxdakı Şəhidlər Xiyabanına baş çəkib, keçmiş prezident Heydər Əliyevin heykəli qarşısına əklil qoyub. Mərkəzi küçələrin birində "dostluq mitinqi" keçirilib. Səfər proqramına nazirlərin ikitərəfli görüşü də daxildir ki, burada onlar idman və gənclər sahəsində ikitərəfli əməkdaşlığın inkiaşf perspektivlərini müzakirə etməyi planlışdırır. Nazirlər 2006-2007-ci illər üzrə qarşılıqlı əməkdaşlıq haqqında protokol və gənclərə aid tədbirlərdə birgə iştirakı nəzərdə tutan iş planını imzalamğı da planlaşdırır.

Rəsmi hissə başa çatdıqdan sonra ölkələrin sənət ustaları konsert verəcək. Səfər zamanı Gürcüstan nazirini azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun qubernatoru müşayiət edib.

Xəbər lenti

Xəbər lenti