...

Gürcüstanda SKAD Proqramı çərçivəsində regional seminar keçirilib

Siyasət Materials 31 May 2006 15:20 (UTC +04:00)

Mayın 29-dan 31-dək Gürcüstanın Tiflis şəhərində "Cənubi Qafqazda Narkotiklərə Nəzarət" (SKAD) Regional Yardım Proqramı çərçivəsində seminar keçirilib. "SKAD" Proqramından Trend ə verilən məlumata görə, seminar narkotiklərin yayılmasının qarşısının alınması və tələbin azaldılması sahəsində QHT-lər arasında təcrübə mübadiləsinə həsr olunub.

Tədbirdə SKAD xətti ilə həyata keçirilən pilot layihələr təqdim olunub və Avropa İttifaqının ekspertləri tərəfindən müzakirə edilərək yüksək qiymətləndirilib.

Həmçinin 2007-ci ildən etibarən SKAD-ın V layihəsi çərçivəsində narkotiklərin yayılmasınn qarşısının alınması, zərərin azaldılması sahəsində Avropa İttifaqı, müxtəlif beynəlxalq donor təşkilatları tərəfindən yeni layihələrin təqdimatı keçirilib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, SKAD Regional Yardım Proqramı tərəfindən keçirilən SKAD İV layihəsinin fəaliyyət istiqamətlərinə hüquqi yardım, hava limanlarında narkotiklərə nəzarət, sərhəd ərazilərində narkotiklərə nəzarət, polis-axtarış sistemi, narkotiklərdən sui -istifadənin monitorinq sistemi, orta və ali məktəblərdə tələbin azaldılması, QHT Şəbəkəsinin yaradılması daxildir.

Xəbər lenti

Xəbər lenti