...

Azərbaycanlı tələbələrin Avropada ilk forumu uğurla keçirilib

Siyasət Materials 5 İyun 2006 19:20 (UTC +04:00)

Mayın 29-dan iyunun 2-dək Brüsseldə keçirilən Azərbaycan həftəsi çərçivəsində Azərbaycanlı tələbələrin Avropada ilk forumu təşkil olunub. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Azərbaycanın Brüsseldəki səfirliyindən bildirilib.

Avropanın müxtəlif ölkələrində təhsil alan və ya artıq almış azərbacyanlı tələbə və məzunlar gələcəkdə onların informasiya, təbliğat və lobbi sahələrində fəaliyyətini əlaqələndirən və istiqamətləndirən vahid təşkilat yaratmaq məqsədilə birinci qurultaya toplaşacaq. İlk forumun Brüsseldə keçirilməsi çox uğurlu olub, çünki Avropa Birliyinin əsas qurumları və aparıcı "beyin mərkəzləri" məhz orada yerləşir.

Foruma 20 Avropa ölkəsindən 85 iştirakçı qatılıb. Qeyd etmək lazımdır ki, tədbir Avropa Parlamenti binalarının birində AB-nin Cənubi Qafqaz Ölkələri ilə Parlamentlərarası Əməkdaşlıq Komitəsinin rəhbəri xanım M.Bequanın birbaşa dəstəyilə təşkil olunub. Forumda AB-nin baş katibi X.Solananın adından tədbir iştirakçılarına təbrik müraciəti oxunub.

Qurultayın növbəti günü lobbi fəaliyyətinə həsr olunub ki, burada tələbələrin Avropa Parlamenti üzvləri və NATO baş qərargah əməkdaşları, o cümlədən, NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi R.Simmons ilə görüşü keçirilib.

Tələbələr təhsil aldıqları ölkələrin Avropa parlamentindəki millət vəkilləri ilə görüşüblər. Tələbələrimizin səviyyəsi bütün qurumların nümayəndələrinə müsbət təsir göstərib.

Xəbər lenti

Xəbər lenti