...

Azərbaycan və Əfqanıstan XİN başçıları iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edib

Siyasət Materials 22 İyun 2006 13:15 (UTC +04:00)

Azərbaycan və Əfqanıstanın xarici işlər naziri Elmar Məmmədyarov və Ranqin Dadfar Spantanın görüşündə əməkdaşlığın inkişafı məsələləri müzakirə mövzusu olub. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə tərəflər Cənubi Qafqaz regionu və Əfqanıstandakı vəziyyət barədə məlumat verərək fikir mübadiləsi aparıb. İkitərəfli əlaqələri genişləndirmək məqsədilə əlavə səylərlə bağlı razılaşma əldə olunub.

E.Məmmədyarov Misirin xarici siyasət idarəsi başçısının müavini xanım Nailə Qabrı da qəbul edib. Siyasi, ticari-iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə olunub. Tərəflər mədəni əlaqələrin genişləndirilməsinin və hər iki ölkəyə səfərlərin sadələşdirilməsi üçün hava reyslərinin açılmasının zəruriliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti