"Avropa Şurası Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə tez bir zamanda həll olunmasını arzulayır və bu həm Azərbaycanın, həm də Ermənistanın marağında olmalıdır". Trend bildiri ki, bunu iyunun 26-da keçirdiyi mətbuat konfransında Avropa Şurasının baş katibi Terri Devis bəyan edib.
AŞ baş katibi bildirib ki, Dağlq Qarabağda ermənilərlə yanaşı azərbaycanlılarda yaşayıb. T.Devis münaqişənin həllinin uzanmasından məyyus olduğunu bildirib. Onun fikrincə, münaqişənin həllinə ciddi yanaşmaq lazimdir: "Tezliklə problemin həlli yolları tapılmalıdır. Amma istənilən halda bu məsələdə münaqişə tərəflərindən hər hansı birinin güc vasitəsinə əl atması yol verilməzdir. Onsuz da bu illər ərzində hər iki tərəfdən insanlar qətlə yetirilir və mən bu hadisələri çox pisliyirəm. Müharibə hər iki tərəfə ciddi ziyan vurub".