...

Azərbaycanın İsrail ilə münasibətləri islam ölkələrini qıcıqlandırmamalıdır

Siyasət Materials 30 İyun 2006 18:26 (UTC +04:00)

Azərbaycanın İsrail ilə münasibətləri islam ölkələrini qıcıqlandırmamalıdır. Trend in verdiyi xəbərə görə, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıxov bildirib.

Azərbaycan, dünyəvi dövlət kimi, bütün dövlətlərlə normal mehriban qonşuluq əlaqələri qurmaq siyasətini aparır və İsrail da istisna deyil. İslam Konfransı Təşkilatına daxil olan əksər ərəb ölkələri İsraillə yaxşı münasibətlərə malikdir.

"Diplomatik münasibətlər hələ "sıx münasibət" demək deyil", - deyə diplomat vurğulayıb.

Xəbər lenti

Xəbər lenti