...

Vurğun Əyyub və Sülhəddin Əkbər Müsavat Məclisinin sədrliyinə iddialıdır

Siyasət Materials 3 İyul 2006 19:01 (UTC +04:00)

Müsavat Partiyası Məclisinin sədrliyinə namizədlərin irəli sürülməsi iyulun 3-də başa çatıb. Bu barədə Trend ə partiya başqanının müavini Mehman Cavadoğlu məlumat verib.

Onun bildirdiyinə görə, Məclisin sədri postu uğrunda iki namizəd mübarizə aparacaq. Onlar partiya başqanın müavinləri Vurğun Əyyub və Sülhəddin Əkbərdir. Partiya Divanı üzvlüyünə isə xeyli sayda adam namizədliyini irəli sürüb.

Qeyd edək ki, partiya Məclisinin ilk iclası iyulun 8-də keçiriləcək. İclasda Müsavat Partiyası Divanın üzvləri, Məclis sədri seçkiləcək, bələdiyyə seçkiləri, Qarabağ münaqişəsi barədə müzakirələr aparılacaq. Partiyanın bələdiyyə seçkisində iştirak edib-etməməsi barədə qərar çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti