...

Sabir Rüstəmxanlı: "Hərbi hissələrdə kitabxanalar yaradılması üçün kampaniyaya başlayırıq"

Siyasət Materials 4 İyul 2006 13:51 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı hərbi hissələrlə kitabxanalar yaradılması üçün bu həftədən kampaniyaya başlayacaq. Bu barədə Trend ə Sabir Rüstəmxanlı özü məlumat verib.

O bildirib ki, özü də daxil olmaqla bir qrup deputatın hərbi hissələrə, cəbhə bölgəsinə səfərlərindən sonra həmin yerlərə diqqətin artırılması üçün tədbirlər görməyə çalışacaq. S.Rüstəmxanlının sözlərinə görə, onların cəbhə bölgəsinə, qaçqın düşərgələrinə səfərləri bəzi başqa deputatların qısqanclığına səbəb olub: "Bizdən sonra başqa deputatlar da bu bölgələrə səfər etdilər. Bizim bu addımımıız başqalarını da tərpədibsə, mən buna sevinirəm. Çünki cəbhə bölgəsi, hərbi hissələr tamamilə yaddan çıxıb, heç kəs diqqətdə saxlamır. Əsgərlər bizdən soruşurdular ki, nə üçün ziyalılar, artistlər, müğənnilər onların görüşünə gəlmirlər. Mən hesab edirəm ki, əsgərlərimiz, ağır şəraitdə yaşayan məcburi köçkünlərimiz daim diqqət mərkəzində olmalı, ora tez-tez səfərlər təşkil edilməlidir".

S.Rüstəmxanlı qeyd edib ki, hərbi hissələrdə əsgər, zabit heyətinin mütaliə imkanları yoxdur. Buna görə də millət vəkili hərbi hissələrdə kitabxanalar yaradılmasını vacib hesab edir: "Hərbi xidmət dövründə əsgərlər maariflənə bilərlər. Mən namizədlik dissertasiyamı, ən böyük poemalarımdan birini əsgərlikdə yazmışam. Ziyalılara, təşkilatlara müraciətlər edəcəyik ki, onlar da bu kampaniyaya qoşulsunlar, kitablar versinlər. VHP-nin qərargahında kitabları toplayacağıq, gücümüz çatan qədər sayda hərbi hissələrə aparıb özüm paylayacam"-deyəS.Rüstəmxanlı qeyd edib.

Xəbər lenti

Xəbər lenti