...

Arif Hacılı: "Vurğun Əyyubla Sülhəddin Əkbərin Müsavat Partiyası Məclis sədrliyinə namizəd olmaları hadisələri gərginləşdirir"

Siyasət Materials 13 İyul 2006 19:39 (UTC +04:00)

Müsavat Partiyası Məclis sədrliyinə olan indiki namizədlər seçki prosesini gərginləşdirir. Bu barədə Trend ə Müsavat Partiyası başqanının müavini Arif Hacılı bildirib.

Qeyd edək ki, iyulun 10-da Müsavat Partiyası Məclisinin ilk toplantısında təşkilati məsələlərə baxılıb. Məclis sədrliyinə namizəd olan Vurğun Əyyub və Sülhəddin Əkbərin heç biri səs qazanmadığından seçki baş tutmayıb. Onu da bildirək ki, həmin iclasda bir sıra gərginlik də yaşanıb.

A.Hacılı onu da qeyd edib ki, partiyada elə fiqurlar var ki, müəyyən daxili siyasi rəqabətdə daha yüksək mövqe uğrunda mübarizə aparırlar: "Və bu şəxslərin namizədliyi, xüsusilə də təkmandatlı seçkilərdə namizədliyi istər-istəməz müəyyən gərginlik yaradır. Ancaq bitərəf və yaxud da partiyada hansısa xətti tutmayan namizədlər olanda belə gərginlik yaranmır".

"Belə çıxır ki, Məclisin növbəti iclasında bu gərginlik bir daha yaşanacaq" sualımıza A.Hacılı belə cavab verib: "Başqa namizədlərin olacağı da gözlənilir. Nizamnaməyə görə Məclisin hər bir üzvü sədrliyə namizədliyini verə bilər". Müsavat Partiyasının rəsmisi onu da qeyd edib ki, namizədlərin qeydə alınması prosesi Məclisin növbəti toplantısınadək davam edə bilər. Növbəti toplant isə nizamnaməyə görə 3 ay ərzində keçirilməlidir.

"Sizin özünüz Məclis sədrliyinə namizəd olanların hansına səs vermisiniz" sualına isə A.Hacılı bildirib ki, bu məsələdə konkret mövqeyə malikdir: "Suala açıq cavab versəm, mövcud olan gərginliyi daha da artırmış olaram".

Xəbər lenti

Xəbər lenti