...

Nazir: Gürcüstan neft yüklərinin Qars-Axalkalaki-Tbilisi-Bakı marşrutu ilə Türkiyəyə nəqlini cəlbedici hesab edir

Siyasət Materials 27 İyul 2006 16:19 (UTC +04:00)
Nazir: Gürcüstan neft yüklərinin Qars-Axalkalaki-Tbilisi-Bakı marşrutu ilə Türkiyəyə nəqlini cəlbedici hesab edir

"Gürcüstan Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsninin texniki-iqtisadi əsaslandırmasına təkcə Azərbaycan, Gürücstan və Turkiyə istiqamətlərini deyil, həm də Çin və Avropa perspektivlərinin də daxil edilməsini istəyir. Bu, tam təsəvvür yaratmaq üçün edilirdi və konkret hissənin layihələşdirilməsilə bağlı deyildi" - deyə, Trend in xüsusi müxbirinin yaydığı məlumata əsasən, Gürcüstanın iqtisadi inkişaf naziri İrakli Çoqovadze nəqliyyat nazirlərinin Astanadakı iclasında bildirib.

Onun sözlərinə görə, layihənin son variantı Türkiyənin xahişilə avqustun sonunda müəyyənləşdiriləcək, lakin bu, yalnız layihəqabağı işlərdir. "Real layihələşdirmə bu marşrutun maliyyələşdirilməsilə bağlı məsələlərin müəyyənləşdirilməsindən sonra başlanacaq" - deyə o bildirib.

Layihənin həyata keçirilməsi üçün cəlb olunacaq kredit vəsaitlərinin qaytarılması elə bir sxemlə həyata keçiriləcək ki, kəmərin hər bir hissəsinə çəkilən xərc çıxarılsın. "Hər hissənin öz tarifi olacaq və bu məsələlər işçi qrupları tərəfindən müəyyənləşdiriləcək" - deyə nazir vurğulayıb. Bu məsələlərlə bağlı danışıqlar avqustun ortalarına qədər başa çatmalıdır.

Neft və neft məhsullarının dəmir yolu ilə nəqlinin Poti və Batumi limanları vasitəsilə nəqli ilə müqayisədə gəlirliyinə toxunan nazir deyib ki, bu, son təyinat məntəqəsindən asılı olacaq. "Əgər bu Avropadırsa, Gürücstan limanları daha cəlbedici olacaq, Türkiyədirsə, dəmir yolu ilə nəql daha cəlbedici olacaq" - deyə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti