...

İKT-nin Malayziyadakı fövqəladə sammitində Azərbaycanı baş nazir təmsil edəcək

Siyasət Materials 2 Avqust 2006 14:15 (UTC +04:00)
İKT-nin Malayziyadakı fövqəladə sammitində Azərbaycanı baş nazir təmsil edəcək

Azərbaycanı avqustun 3-də Malayziyada keçiriləcək İslam Konfransı Təşkilatının (İKT) növbədənkənar sammitində baş nazir Artur Rəsizadə təmsil edəcək. Bu barədə Trend ə Azərbaycanın Nazirlər Kabinetindən xəbər veriblər.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend ə verilən xəbərə görə, hökümətin nümayəndə heyətinin tərkibində xarici işlər nazirinin müavini Vaqif Sadıxov olacaq. Xarici işlər naziri Elmar Məmmədyarovun Kuala-Lumpurda keçiriləcək sammitdə iştirak edəcəyi gözlənilmir.

Xatırladaq ki, İKT-nin İcra komitəsinin Malayziyada növbədənkənar iclası Yaxın Şərqdə böhrandan çıxış yollarının axtarışına həsr olunub. Tədbirdə Yaxın Şərq böhranı üzrə islam cəmiyyətinin mövqeyini əks etdirəcək birgə bəyannamənin qəbul olunacağı gözlənilir. İKT-nin bəyanatında İsrailin Livan ərazisinə təcavüzkar hərəkətlərinin qəti surətdə ittiham edilməsi, Tel-Aviv tərəfindən işğal olunmuş Livan torpaqlarında asayişin bərpası məqsədi ilə atəşin dərhal və qeyd-şərtsiz dayandırılmasına çağırışın olacağı planlaşdırılır.

Eyni zamanda İcra komitəsinin növbədənkənar iclasında Livan-İsrail münaqişəsinin tənzimlənməsində həlledici rol oynaya biləcək beynəlxalq sülhməramlı bölmələrin tez bir zamanda yaradılmasına yardım üzrə görüləcək tədbirlər müzakirə ediləcək.

İKT-nin fövqəladə görüşünün çağırılması haqqında qərar iyulun 22-dən 28-ə qədər Kuala-Lumpurda ASEAN xətti üzrə keçirilmiş tədbirlər zamanı qəbul olunub. İKT-nin İcra Komitəsinin növbədənkənar iclasının təşəbbüsçüsü qismində İran prezidenti Mahmud Əhmədinecad çıxış edib.

Xəbər lenti

Xəbər lenti