...

Əbdülvahab Manafov: "Vəhdət Partiyasında nə baş verdiyindən xəbərim yoxdur"

Siyasət Materials 2 Avqust 2006 15:20 (UTC +04:00)

Müxalifət düşərgəsinin siyasi etikaya ehtiyacı var. Bu barədə Trend ə Vəhdət Partiyası sədrinin birinci müavini Əbdülvahab Manafov bildirib.

Ə.Manafov onu da vurğulayıb ki, 2005-ci il 6 noyabr parlament seçkilərindən sonra partiyanın qərargahına getmir: "Seçkilərlə bağlı partiya sədri Tahir Kərimli ilə aramızda fikir ayrılığı yarandı. O vaxtdan bu günədək qərargaha getmirəm. Biz nə vaxtadək müxalifətdə olacağıq. İnsanda siyasi etika lazımdır ki, istefasını versin".

Ə.Manafov bildirib ki, partiya sədrinin birinci müavini kimi fəaliyyətini çoxdan dondurub: "Ona görə də orada nə baş verdiyindən xəbərim yoxdur. Vəzifəmi qurultay təsdiq etdiyinə görə partiyanın növbəti qurultayında istefamı verəcəm".

Onu da qeyd edək ki, Vəhdət Partiyasının qərargahında olan telefonlar zənglərə cavab vermir, partiyanın sədrinin isə Bakıda olmadığı, fəaliyyətinə xitam verildiyi bildirilib. Partiyanın orqanı olan "Vəhdət" qəzetinin məsul katibi Əvəz Qurbanlı isə nəşrin dayandığını bildirib.

Xəbər lenti

Xəbər lenti