...

"Qarabağ Uğrunda Gənclərin Koordinasiya Mərkəzi" yaradılacaq

Siyasət Materials 2 Avqust 2006 19:31 (UTC +04:00)

Müstəqil gənclər təşkilatları, siyasi partiyaların gənclər təşkilatları və aparıcı KİV-lərin gənc nümayəndələrinin təmsil olunduğu "Qarabağ Uğrunda Gənclərin Koordinasiya Mərkəzi" yaradılacaq. Bu barədə Trend ə təsisçi təşkilatlardan biri olan Gənc Türklər Təşkilatından məlumat verilib.

Gənc Türklər Təşkilatı avqustun 4-də Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa təşkil edəcək. Tədbirdə "Qarabağla bağlı danışıqlarda son proseslər", "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son bəyanatları", "Çərçivə sazişi Azərbaycana nə vəd edir?" mövzularında müzakirələr aparılacaq.

Tədbirdə müstəqil gənclər təşkilatları, siyasi partiyaların gənclər təşkilatları, aparıcı KİV-in gənc nümayəndələrinin təmsil olunduğu "Qarabağ Uğrunda Gənclərin Koordinasiya Mərkəzi" adlı qurumun təsisi gözlənilir. Təsis ediləcək qurum gənclərin ictimai müqavimətini təşkil etmək, beynəlxalq təşkilatları, beynəlxalq gənclər təşkilatlarını Qarabağ problemi ilə bağlı məlumatlandırmaq, Azərbaycanın müxtəlif bölgələrində yaşayan gənclərin münaqişə ətrafında aktivliyini təmin etmək istiqamətində fəaliyyət göstərəcək.

Xəbər lenti

Xəbər lenti