...

Mirmahmud Mirəlioğlunun Avropa İnsan Haqları Məhkəməsinə şikayəti hazırlanıb

Siyasət Materials 4 Avqust 2006 17:43 (UTC +04:00)

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Avropa İnsan Haqları məhkəməsinə şikayət ərizəsi hazırlayıb. Bu barədə Trend ə Mirmahmud Mirəlioğlu məlumat verib.

O qeyd edib ki, bu il mayın 13-də keçirilmiş təkrar parlament seçkilərinin nəticələrindən verdiyi şikayətlərə dair Azərbaycan məhkəmələrinin çıxardığı qərarlardan Avropa Məhkəməsinə şikayət verəcək: "Ali Məhkəmənin qərarının bizə təqdim olunması gecikirdi. Lakin nəhayət, qərarı əldə etdik və ondan Avropa İnsan Haqları Məhkəməsinə şikayət ərizəsi hazırladıq. Sənədin üzərində ekspertlər işləyiblər və yenidən mütəxəssislər tərəfindən rəy verildikdən sonra şikayəti göndərəcəyik".

M.Mirəlioğlunun sözlərinə görə, şikayətdə Azərbaycan məhkəmələrinin çıxardığı qərarların ləğv olunması və şikayətçinin iddiasının təmin olunması tələbləri qoyulub.

Xəbər lenti

Xəbər lenti