...

Avqustun 12-də MSK-da bələdiyyə seçkiləri ilə bağlı seminar-müşavirə keçiriləcək

Siyasət Materials 7 Avqust 2006 18:06 (UTC +04:00)

Avqustun 12-də Mərkəzi Seçki Komissiyasında (MSK) bələdiyyə seçkiləri ilə bağlı seminar-müşavirə keçiriləcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə MSK sədri Məzahir Pənahov açıqlama verib.

O bildirib ki, bələdiyyə seçkiləri ilə bağlı maarifləndirmə işləri davam etdirilir. Aqustun 12-də dairə seçki komissiyalarının rəhbərləri üçün təşkil olunan növbəti seminarda MSK üzvü Qabil Orucov məruzə edəcək, aşağı komissiya təmsilçiləri maarifləndiriləcəklər. M.Pənahovun sözlərinə görə, bundan sonra yenə növbəti dəfə seminar keçiriləcək. Həmçinin dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil olunacaq, bunun üçün MSK üzvləri rayon, kənd bələdiyyələri üzrə səfərlərə çıxacaqlar.

Xəbər lenti

Xəbər lenti