...

Kanadanın Toronto şəhərində XII Beynəlxalq QİÇS konfransı keçiriləcək

Siyasət Materials 8 Avqust 2006 14:32 (UTC +04:00)

Azərbaycan Könüllülər İctimai Birliyinin departament sədri, "İrəli" Ümumrespublika Gənclər Hərəkatının üzvü Səbuhi Rzayev 2006-cı il 13-18 avqustda Kanadanın Toronto şəhərində keçiriləcək XII Beynəlxalq QİÇS konfransında iştirak edəcək. Bu barədə Trend ə "İrəli" Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi Fərhad Məmmədov bildirib.

Qeyd edək ki, konfransın təşkilatçıları Beynəlxalq QİÇS Cəmiyyəti (IAS), Toronto Yerli Ev Sahibi Təşkilatı (TLHO), BMT-nin İİI/QİÇS-lə bağlı Birgə proqramı (UNAIDS), İİI/QİÇS-lə Yaşayan İnsanların Qlobal Şəbəkəsi (GNP), Kanada QİÇS Cəmiyyəti (CAS), İİI/QİÇS-lə Yaşayan Qadınların Beynəlxalq Cəmiyyəti (ICW), QİÇS Xidməti Təşkilatlarının Beynəlxalq Şurasıdır (ICASO).

F.Məmmədov bildirib ki, QİÇS-2006 Toronto Konfransı dünyanın müxtəlif ölkələrindən gəlmiş nümayəndə heyətlərinin köməyi ilə bu epidemiyanın qarşısını almaq üçün proqram hazırlanmasında böyük rol oynayacaq: "QİÇS-2006 konfransına dünyanın demək olar ki, bütün ölkələrindən elm adamları, hökümət nümayəndələri, beynəlxalq təşkilatların nümayəndələri, qeyri-hökümət təşkilatlarının nümayəndələri, fəal və aparıcı gənclər dəvət olunub. Azərbaycan bu konfransda gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti ilə iştirak edəcək".

Konfransa 20 minə yaxın iştirakçıların qatılması gözlənilir. İştirakçılar arasında ABŞ-ın keçmiş prezidentləri Bill Klinton və Meri Robinson da var. Konfrans zamanı 400-ə yaxın sessiya, görüş və təlim kursları keçirilməsi planlaşdırılır.

XII Beynəlxalq QİÇS Konfransının gənclər sessiyası 10 - 12 avqust tarixlərində başlayacaq. Gənclər Sessiyasında dünyanın müxtəlif ölkələrindən beynəlxalq, reqional və yerli Gənclər Təşkilatlarının nümayəndələri iştirak edəcəkdir. Azərbaycanı bu Gənclər Sessiyasında İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının üzvü Rzayev Səbuhi təmsil edəcək. Çıxışda əsasən Azərbaycanda QİÇS-lə əlaqədar vəziyyət, ictimai və gənclər təşkilatların bu istiqamətdə aparılan işlər haqqında ətraflı məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti