...

Ermənistan Azərbaycanın ÜTT-yə daxil olmasına mane ola bilməz

Siyasət Materials 10 Avqust 2006 14:46 (UTC +04:00)
Ermənistan Azərbaycanın ÜTT-yə daxil olmasına mane ola bilməz

Əgər Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbul edilməsinə qədər Dağlıq Qarabağ problemi həll edilməzsə, ÜTT-nin qanunlarına görə, Azərbaycan Ermənistanla hər hansı iqtisadi əlaqə qurmamaq hüququna malikdir. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bəyan edib.

Azərbaycanın ÜTT qarşısında digər öhdəliklərinə gəlincə isə, M.Məmmədquliyev bildirib ki, Bakı təşkilata daxil olmazdan əvvəl və sonra bu öhdəlikləri öz üzərinə götürməli olacaq. Lakin Azərbaycanın razılaşa bilmədiyi bəzi məqamlar var və bu, xidmət sahəsi ilə bağlıdır. Nazir müavini hesab edir ki, bu məsələdə bir qədər vaxt tələb olunur.

Onun sözlərinə görə, Azərbaycan təşkilata daxil olmaq üçün öz fəaliyyətini fəallaşdırır. İlin sonunadək Cenevrədə növbəti görüşün keçirilməsi planlaşdırılır. Bu, il ərzində Azərbaycanın iştirakı ilə iki görüşün keçiriləcəyi ilk hal olacaq.

Xəbər lenti

Xəbər lenti