...

Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməz

Siyasət Materials 14 Avqust 2006 15:35 (UTC +04:00)
Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməz

Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməz. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, prezident İlham Əliyev avqustun 14-də Bakıda Azərbaycanın xaricdəki diplomatik missiyalarının rəhbərlərilə görüşdə bəyan edib.

Prezident vurğulayıb ki, Azərbaycanın mövqeyi birmənalıdır və müzakirə edilməzdir. "Biz hesab edirik ki, bu məsələ mərhələli şəkildə Praqa prosesi çərçivəsində həll oluna bilər. Azərbaycanın əraziləri azad olunmalı, qaçqın və məcburi köçkünlər isə doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdır. Bundan sonra Dağlıq Qarabağın statusu müzakirə oluna bilər. Status beynəlxalq hüquq normaları və dünyada mövcud olan uğurlu nümunələr çərçivəsində müzakirə olunmalıdır" - deyə dövlət başçısı qeyd edib.

İ.Əliyev deyib ki, sülh danışıqları zamanı erməni tərəfi həqiqəti əks etdirməyən müxtəlif növ iftiralara əl atır. "Həqiqət isə beynəlxalq hüquq normalarına əsaslanır. Beynəlxalq hüquqi normalar Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan Dağlıq Qarabağla birlikdə BMT-yə qəbul olunub. Bütün ölkələr, o cümlədən Minsk Qrupu həmsədrləri, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb"- deyə o vurğulayıb.

Dövlət başçısı ermənilərin hüquqi mövqeyinin zəifliyini qeyd edib. Ermənistanın Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmə hüququnun təmin edilməsi tələbinini xatırladaraq Azərbaycan prezidenti vurğulayıb ki, o zaman digər ölkələrdə yaşayan ermənilərin də öz müqəddəratını təyin etmə hüququ var: "Amerika, Fransa, Krasnodar vilayəti, Gürcüstanda da ermənilərə öz müqəddəratını təyin etmə hüququ verilib? Onlar dünyada neçə dövlət yaradacaq? Bu ki, mümkün deyil. Nə üçün Azərbaycan istisna olmalıdır. Nə üçün ikinci erməni dövləti Azərbaycan ərazisində yaradılmalıdır?" - deyə prezident İ.Əliyev sual edib.

Konfrans zamanı dövlət başçısı xatırladıb ki, erməni lobbisi Azərbaycana qarşı fəaliyyət göstərir. Azərbaycana qarşı yalançı kampanyianın qarşısını almaq üçün Azərbaycanın xaricdəki diplomatik idarələrinin fəallaşması lazımdır.

Xəbər lenti

Xəbər lenti