...

Azərbaycanda səfərdə olan xarici ölkə gəncləri XİN və Dövlət Komitəsində görüş keçiriblər

Siyasət Materials 17 Avqust 2006 19:54 (UTC +04:00)

Azərbaycanda səfərdə olan İsveç, Rusiya, Ukrayna, Belorusiya, Moldova və Gürcüstanın Gənclər təşkilatlarının nümayəndə heyəti avqustun 17-də Xarici İşlər Nazirliyində və Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsində görüş keçiriblər. Bu barədə Trend ə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından məlumat verilib.

Hər iki görüşdə qonaqlara milli-mənəvi dəyərlərimiz haqda məlumat verilib, gənclərin ictimai fəallığı, beynəlxalq əlaqələrin genişlənməsi məsələləri müzakirə olunub, bu sahədə dövlətin və ailənin dəstəyinin bugünkü durumu barədə fikir mübadiləsi aparılıb.

Qonaqlar Azərbaycan gəncliyinin bugünkü vəziyyəti, onlara yaradılan şəraitlə tanış ediliblər. Onlar öz ölkələrinin gəncləri ilə Azərbaycan gənclərinin bu günkü durumunu, onlara yaradılan şəraiti müqayisə edib, oxşar və fərqli cəhətlərlər ətrafında müzakirələr açıblar.

Sonra isə qonaqlar Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının qərargahında olub və avqustun 14-dən başlanan işgüzar səfərlərini qiymətləndirib, yekunlarını müzakirə ediblər. Xatırladaq ki, avqustun 14-dən 17-dək davam edən səfər zamanı xarici ölkələrin gəncləri Azərbaycanın bir sıra nazirliklərində, parlamentdə və digər dövlət qurumlarında görüşlər keçirib, Azərbaycanın tarixi-mədəni abidələri, muzeyləri, görməli yerləri ilə tanış olub, ölkəmiz haqqında məlumatlar toplayıblar.

Xəbər lenti

Xəbər lenti