...

Əli Abbasov: Azərbaycan yeni televiziya və radio kanallarının açılması üçün bütün texniki şərtlərə malikdir

Siyasət Materials 19 Avqust 2006 14:09 (UTC +04:00)

Azərbaycan yeni televiziya və radio kanallarının təşkil olunması üçün bütün texniki şərtlərə malikdir. Trend in xəbər verdiyi kimi, bu barədə avqustun 19-da rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, bu prosesdə Azərbaycan ərazisində televiziya yayımında maraqlı olan şirkətlərə qarşı tələbləri sərtləşdirmək lazımdır. Hazırda qonşu ölkələrin televiziya və radio kanallarının Azərbaycanın televiziya məkanına müdaxiləsi ilə bağlı problemlər mövcuddur.

"Bundan sonra yeni televiziya və radio kanallarına qarşı tələblər sərtləşdiriləcək. Əgər şirkət müəyyən ərazidə yayım üçün lisenziya alıbsa, o zaman texniki şərtlər bütün tələblərə cavab verməlidir", - deyə nazir qeyd edib.

O bildirib ki, indiyədək efirə çıxmaqla bağlı hər hansı şirkətdən heç bir təklif daxil olmayıb. Ərizələr, əsasən, kabel televiziya yayımının fəaliyyəti ilə bağlı olub.

Xəbər lenti

Xəbər lenti