...

Vilayət Quliyev: İlin sonunadək Polşada Azərbaycan, Ukrayna və Gürcüstan prezidentlərinin görüşü gözlənilir

Siyasət Materials 30 Avqust 2006 17:15 (UTC +04:00)
Vilayət Quliyev: İlin sonunadək Polşada Azərbaycan, Ukrayna və Gürcüstan prezidentlərinin görüşü gözlənilir

2006-cı ilin sonunadək Polşada Azərbaycan, Gürcüstan və Ukrayna prezidentləri İlham Əliyev, Mixail Saakaşvili və Viktor Yuşenkonun görüşü gözlənilir. Bu barədə Trend ə eksklüziv müsahibəsində Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev bildirib.

Səfir qeyd edib ki, bu ilin iyulunda Polşa tərəfi Varşavada 3 ölkə başçısının qeyri-rəsmi görüşünün keçirilməsi təklifi ilə çıxış edib. Ancaq səfər vaxtında hazırlanmadığındın təxirə salınıb.

V.Quliyev məlumat verib ki, bu ideya Polşa hökumətinin gündəliyindədir. Görüşdə energetika məsələlərinin müzakirəsi planlaşdırıldığından Azərbaycana xüsusi yer ayrılacaq.

Xəbər lenti

Xəbər lenti