...

Azərbaycanda narkotika qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib

Siyasət Materials 30 Avqust 2006 20:14 (UTC +04:00)

Milli Təhlükəsizlik Nazirliyinin narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı həyata keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində "İran-Azərbaycan-Gürcüstan" və "İran-Azərbaycan-Rusiya" marşrutu üzrə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib.

Trend in MTN-nin İctimai Əlaqələr Mərkəzinin məlumatına istinadən verdiyi xəbərə görə, avqustun 12-də Cəlilabad rayonu ərazisində rayonun Seyidbazar kənd sakinləri - 1962-ci il təvəllüdlü Mehdiyev Əfqan və 1975-ci il təvəllüdlü Mehdiyev Münasib, eləcə də 1961-ci il təvəllüdlü Gəncə sakini Vəlixanov Nəriman saxlanılıb.

Münasib Mehdiyevin idarə etdiyi "Niva" markalı avtomobilə keçirilmiş baxış zamanı maşında 15 kiloqrama yaxın həşiş və 2 kiloqram 678 qram heroin aşkar edilib. Bundan başqa, Əfqan Mehdiyevin Bakıda kirayədə yaşadığı mənzilə baxış zamanı 85,5 qram heroin tapılaraq götürülüb.

Məlum olub ki, həmin narkotik vasitələri Əfqan Mehdiyevin sifarişi ilə İran vətəndaşları olan Nadir və Cəlil adlı şəxslər İran-Azərbaycan sərhədindən Cəlilabad istiqamətində keçirmişlər. Sərhədi qeyri-qanuni keçərək avqustun 19-da Cəlil 10 kiloqram həşişi və 2 kiloqram heroini Musalı kəndi yaxınlığında Əfqanın qardaşı Münasib Mehdiyevə təhvil verib, avqustun 20-də isə Nadir 5 kiloqram həşiş və 1 kiloqram heroini sərhəddən qanunsuz keçirib.

Münasib Mehdiyev öz avtomaşınında narkotikanı əvvəlcədən razılaşdırılmış yerə apararkən MTN əməkdaşları tərəfindən yaxalanıb. Eyni vaxtda Əfqan Mehdiyev və Nəriman Vəlixanov da saxlanılıblar. Narkotik vasitələrin dəstə üzvləri tərəfindən Gəncədən Gürcüstana və Rusiyaya göndərilməsinin planlaşdırıldığı da müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti